Qəzzənin cənubundakı Rəfəh şəhərinə hücum israrları səbəbindən sionist rejimə qarşı diplomatik təzyiqlər artdığı bir vaxtda, bu gün (cümə) İngiltərə və Avstraliya Qəzzədə müharibənin dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.
Avstraliyanın Adelaida şəhərində İngiltərə və Avstraliyanın xarici işlər və müdafiə nazirlərinin görüşündən sonra, hər iki tərəf yaydığı bəyanatda yardımın göstərilməsi və əsirlərin azad edilməsi üçün Qəzzada münaqişənin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
Onlar həmçinin “İsrailin Rəfəhdə geniş hərbi əməliyyatının mülki əhali üçün potensial dağıdıcı nəticələrindən” ciddi narahat olduqlarını bildiriblər.
Sizin rəyiniz